İçeriğe geçmek için "Enter"a basın

Azərbaycanda yeni pul vahidi buraxılır: 200 manat

23-05-2018

[r32]
2018-05-23T18:23 xeber – İyun ayından Azərbaycanda dövriyyəyə 200 manatlıq əskinas buraxılacaq.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib.

Mərkəzi Bankda müstəqil dövlətimizin qurucusu ümummilli lider Heydər Əliyevin 95 illik və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileylərinin əbədiləşdirilməsi məqsədilə hazırlanmış xatirə pul nişanlarının və yeni 200 manatlıq pul nişanının təqdimat mərasimi keçirilib.

Mərkəzi Bank
© SPUTNİK / MURAD ORUJOV
Mərkəzi Bank manat qərarını açıqladı
Mərkəzi Bankın sədri Elman Rüstəmov qeyd edib ki, milli valyuta dövlət müstəqilliyinin əsas atributlarından biridir: “Bu baxımdan 1992-ci ildə Azərbaycan manatının dövriyyəyə buraxılması mühüm hadisə idi. Lakin, dövriyyəyə buraxıldığı ilk illərdə manat ölkədə yeganə ödəniş vasitəsi deyildi. Məhz ümummilli lider Heydər Əliyevin 11 dekabr 1993-cü il tarixli müvafiq fərmanı ilə manatın respublika ərazisində yeganə ödəniş vasitəsi olması təsbit edildi və ölkə rubl zonasından tamamilə çıxdı. Manatın yeganə ödəniş vasitəsi olması 1995-ci ildə qəbul olunmuş Konstitusiya ilə bir daha öz təsdiqini tapdı”.

Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli Fərmanına əsasən 2006-cı il yanvarın 1-dən manatın denominasiyası həyata keçirildi və tədavülə yeni nəsil pul nişanları buraxıldı. “Vahid ailə” konsepsiyası əsasında hazırlanmış yeni nəsil kağız və metal pul nişanları Azərbaycanın bütün sahələrdə müstəqilliyini, ölkəmizin qədim tarixini, zəngin mədəniyyətini, milli-mənəvi dəyərlərini, müstəqillik illərində dinamik inkişafını özündə əks etdirirdi.
mənbə :
Sputnik

Azerbaycanda yeni pul vahidi buraxilir: 200 manat