İçeriğe geçmek için "Enter"a basın

İran prezidenti və Böyük Britaniya kraliçəsindən İlham Əliyevə təbrik

22-05-2018

[r32]
2018-05-22T18:21 xeber – . İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, təbrik mətnində deyilir:
“Möhtərəm cənab Prezident.
Azərbaycan Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizi, eləcə də bütün xalqınızı səmimi qəlbdən təbrik edirəm.

Əmin olduğumu bildirirəm ki, İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında müxtəlif sahələrdə inkişaf etməkdə olan əlaqələr, hər iki ölkənin ali rəhbərliyinin siyasi iradəsi və səyləri sayəsində xalqlarımızın ortaq dəyərlərinə əsaslanaraq, daha da möhkəmlənəcək və genişlənəcəkdir.
Bu əlamətdar gündə Allah Təaladan Zati-alinizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, Azərbaycan Respublikasının xalqına isə rifah və səadət arzulayıram”.
Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrik mətnində deyilir:
“Cənab Prezident.
Milli bayramınız 28 May — Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi salamlarımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram. Qarşıdan gələn illərdə Sizə və Azərbaycan xalqına firavanlıq və xoşbəxtlik arzulayıram”.
mənbə :
Sputnik

İran prezidenti ve Boyuk Britaniya kralicesinden İlham Eliyeve tebrik