İçeriğe geçmek için "Enter"a basın

Cəlilabadda ağır yol qəzası olub, xəsarət alanlar var - FOTO

22-05-2018

[r32]

22 May, 2018  16:49 xeber – Cəlilabad rayonunda yol qəzası nəticəsində xəsarət alanların şəxsiyyətləri məlum olub.

“Report”un Aran bürosu xəbər verir ki, bunlar Həsənov Hüseyn Kamaləddin oğlu və Abdullazadə Mehdi Arzu oğludur.

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən yaralılardan birinin vəziyyəti ağırdır.

*** 16:49

Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə şəhərin Mehdi Hüseyn küçəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ-2106” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı maneəyə çırpılıb. Nəticədə 2 nəfər xəsarət alıb. Xəsarət alanlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda xəsarət alanların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

mənbə :
Report.az

Celilabadda agir yol qezasi olub, xesaret alanlar var