İçeriğe geçmek için "Enter"a basın

Ramazan ayında ət tapmasanız bununla qidalanın

14-05-2018

[r32]
2018-05-14T21:35 xeber – Professor Canan Karatay gələn həftə başlayacaq Ramazan ayı ilə bağlı açıqlamalar verib. O, oruc tutacaq insanlara bir neçə məsləhət verib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, həkim bildirib ki, bu məsləhətlərə əməl edənlər daha sağlam olacaq və Ramazan ayını daha yaxşı keçirəcəklər.
İsti havalara təsadüf edən Ramazan ayında bədənin su ilə yanaşı duza da ehtiyacı olur. Bu ərəfədə su ilə birlikdə duz da qəbul etmək lazımdır. Eyni zamanda sümük yeməyi məsləhət görüb: “Sümüyün daxilində olan maddələr beynin işləməsinə kömək edir, eyni zamanda enerji mənbəyidir. İnsan bu qida ilə uzun müddət yorğunluq hiss etmədən yaşaya bilər. Dərmanlanmayan fındıqdan da Ramazan ayı boyunca istifadə edilməlidir. Səhər tezdən yumurta, yağ, pendir, zeytun yeyilməlidir. Süd və çay şirin içmək olmaz. Ən əsası daha çox su içmək lazımdır”.
mənbə :
Sputnik

Ramazan ayinda et tapmasaniz bunlarla qidalanin