İçeriğe geçmek için "Enter"a basın

Samir Əliyev: 'Neftçi'nin 4 ehtiyat oyunçusunun məvacibi ümumi məvacibimizdən çoxdur'

12-05-2018

[r32]

12 May, 2018  22:51 xeber – “Uduzmaq istəmirdik. Rəqibin ustalıq səviyyəsi öz sözünü dedi“.”Report”un məlumatına görə, bunu “Səbail”in baş məşqçisi Samir Əliyev Topaz Premyer Liqasının XXVII turunda “Neftçi”yə 1:3 hesabı ilə məğlub olduqları oyundan sonra mətbuat konfransında deyib.O, fikrini bu sözlərlə davam etdirib: “Futbolçularıma narazılığım yoxdur. Bacarıqlarını göstərdilər. İki komandanı müqayisə etdikdə, “Neftçi”nin ehtiyatda olan 4 oyunçusunun məvacibi bizim ümumi komandanın məvacibindən çoxdur”.S. Əliyev ilk hissənin sonlarında texniki zonadan qovulmasına da münasibət bildirib: “Hakimlər barədə danışmaq istəmirəm. Şəxsi fikrim belədir ki, bugünkü hakimlər briqadasının səviyyəsi budur. Əlbəttə, əsəblərimə hakim ola bilmədim. Haqlı olaraq da texniki zonadan qovuldum”.

mənbə :
Report.az

Samir Eliyev: Neftci’nin 4 ehtiyat oyuncusunun mevacibi umumi mevacibimizden coxdur