[r32]
12 May, 2018 22:51 xeber – “Uduzmaq istəmirdik. Rəqibin ustalıq səviyyəsi öz sözünü dedi“.”Report”un məlumatına görə, bunu “Səbail”in baş məşqçisi Samir Əliyev Topaz Premyer Liqasının XXVII turunda “Neftçi”yə 1:3 hesabı ilə məğlub olduqları oyundan sonra mətbuat konfransında deyib.O, fikrini bu sözlərlə davam etdirib: “Futbolçularıma narazılığım yoxdur. Bacarıqlarını göstərdilər. İki komandanı müqayisə etdikdə, “Neftçi”nin ehtiyatda olan 4 oyunçusunun məvacibi bizim ümumi komandanın məvacibindən çoxdur”.S. Əliyev ilk hissənin sonlarında texniki zonadan qovulmasına da münasibət bildirib: “Hakimlər barədə danışmaq istəmirəm. Şəxsi fikrim belədir ki, bugünkü hakimlər briqadasının səviyyəsi budur. Əlbəttə, əsəblərimə hakim ola bilmədim. Haqlı olaraq da texniki zonadan qovuldum”.
mənbə :
Report.az