[r32]
12 May, 2018 19:33 xeber – “Futbolçularımız bu oyuna yüksək əhval-ruhiyyədə çıxmışdılar. “Qarabağ” isə çempionluğu təmin etmişdi. Oyunçularımı bu qələbə münasibəti ilə təbrik edirəm”.”Report” xəbər verir ki, bunu “Keşlə”nin baş məşqçisi Yuri Maksimov evdə “Qarabağ”ı 3:0 hesabı ilə məğlub etdikləri Topaz Premyer Liqasının XXVII tur matçından sonra mətbuat konfransında deyib. Ukraynalı mütəxəssis oyun zamanı komandanın futbolçusu Vaqif Cavadovla yaşadığı gərginliyin səbəbini açıqlayıb: “Bizim oyun quruluşumuz var. Buna uyğun oynamaq lazımdır. Lakin 3:0 hesabından sonra futbolçular fərqli cür oynamağa başladılar. Mən Vaqifə bildirdim ki, hesaba baxmayaraq, oyundan qopmaq olmaz”.Maksimov öz ölkəsinin mətbuatında Ukrayna klublarından biri ilə danışıqlar apardığına dair xəbərlərə belə münasibət bildirib: “Mən belə bir xəbərlə qarşılaşmamışam”.”Keşlə”nin baş məşqçisi Azərbaycan Kubokunun finalında “Qəbələ”ni yenməyə güclərinin olub-olmadığına dair suala da qəti cavab verməyib: “Bunu yalnız oyundan sonra demək olar”.
mənbə :
Report.az