[r32] 
                11 May, 2018  17:38 xeber – Sumqayıt şəhərində 50 yaşlı kişini avtomobil vurub.”Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə şəhərin 49-cu məhəllə adlanan ərazisində qeydə alınıb.Belə ki, Sumqayıt şəhər sakini, 1968-ci il təvəllüdlü Abbas Ağayar oğlu Əhmədov yaşadığı ərazidə yolu keçmək istəyərkən naməlum avtomobil tərəfindən vurulub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.Faktla bağlı araşdırma aparılır. 
mənbə : 
Report.az