İçeriğe geçmek için "Enter"a basın

Vəziyyət dəyişəcək: Qida Təhlükəsizliyi Agentliyi daha iki sahəni əlinə alır

11-05-2018

[r32]
2018-05-11T17:05 xeber – “İyulun 1-dən Azərbaycana idxal olunan bitki və və heyvan mənşəli qida məhsullarına nəzarət funksiyasını Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi həyata keçirəcək”.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.
O bildirib ki, həmin məhsulların fitosanitar sertifikatları ilə təmin olunması da agentlik tərəfindən həyata keçiriləcək.
Q.Təhməzli vurğulayıb ki, idxal edilən baytarlıq preparatlarının satışı və dövriyyəsinə isə Kənd Təsərrüfatı Nazirliyi nəzarət edəcək: “Agentlik isə həmin preparatların keyfiyyətinə nəzarət edəcək. Yekunda həmin məhsulların istifadəyə yararlı olub-olmaması barədə qərar qəbul ediləcək”.
mənbə :
Sputnik

Veziyyet deyisecek: Qida Tehlukesizliyi Agentliyi daha iki saheni eline alir