İçeriğe geçmek için "Enter"a basın

Xələf Xələfov: 'Dağlıq Qarabağdakı separatçı rejim danışıqlarda tərəf qismində iştirak edə bilməz'

10-05-2018

[r32]

10 May, 2018  17:33 xeber – “Dağlıq Qarabağdakı separatçı rejim danışıqlarda tərəf qismində iştirak edə bilməz”.”Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib. “Bu nonsensdir, real deyil. Bu, danışıqlar prosesinə və onun predmetinə uyğun deyil. Dağlıq Qarabağ Azərbaycanın ərazisidir”, – o qeyd edib. Nazir müavini vurğulayıb ki, danışıqların formatı əvvəldən müəyyən olub: “Müzakirə predmeti yalnız işğal olunmuş ərazilərin azad olunması və Dağlıq Qarabağdakı erməni azlığının azərbaycanlılarla birgə yaşamasıdır”.

mənbə :
Report.az

Xelef Xelefov: ‘Dagliq Qarabagdaki separatci rejim danisiqlarda teref qisminde istirak ede bilmez’