İçeriğe geçmek için "Enter"a basın

ARDNF AÇG və “Şahdəniz” layihələrindən 133,8 mlrd. dollar gəlir əldə edib

10-05-2018

[r32]

10 May, 2018  16:11 xeber – İndiyədək Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku üzrə mənfəət nefti və “Şahdəniz” qaz-kondensat yatağı üzrə mənfəət qazının satışından, ümumilikdə, 133,815 mlrd. ABŞ dolları daxil olub.“Report” bu barədə Fonda istinadən xəbər verir.Məlumata görə, 2001-ci ildən bu il mayın 1-dək AÇG yatağı üzrə mənfəət neftinin satışından 131,309 mlrd. dollar gəlir əldə olunub. Bu məbləğin 2,823 mlrd. dolları bu il daxil olan vəsaitin payına düşüb.2007-ci ildən bu il mayın 1-dək “Şahdəniz” yatağı üzrə mənfəət qazının satışından Fonda 2,506 mlrd. dollar daxil olub.

mənbə :
Report.az

ARDNF ACG ve “Sahdeniz” layihelerinden 133,8 mlrd. dollar gelir elde edib