İçeriğe geçmek için "Enter"a basın

Bu şəxs generala qalib gəldi - MƏHKƏMƏ

10-05-2018

[r32]
xeber –

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi istintaq baş idarəsinin sabiq rəisi, general-mayor Mövlan Şıxəliyevə qarşı Mətləb Mustafayevin iddiası üzrə məhkəmə davam edib.

 

 

Lent.az-ın məlumatına görə, bu gün Səbail rayon Məhkəməsində hakim Nurəddin Bağırovun sədrliyi ilə baş tutan prosesdə Mətləb Mustafayev çıxış edib. O qeyd edib ki, 2014-cü ildə onun yaşadığı mənzildə axtarış aparılıb: "Əməliyyata rəhbərlik edən  müstəntiq Elşən Murtuzov Abşeron rayonu ərazisində mənim qollarımı qandalladı. Antiterror mərkəzinin sabiq rəisi Elçin Quliyev 15 iyul 2016-cı ildə verdiyi ifadəsində bildirib ki, Mətləb Mustafayevin İran vətəndaşları Rza və Hüseynlə əlaqələrinin olması barədə nazir Eldar Mahmudovun əməliyyat məlumatı olub və onun göstərişi ilə bu məlumatı həmin gün aidiyyatı üzrə istintaq baş idarəsinə göndərilib. Ancaq nazir onu haradan və necə əldə etməsi barədə Elçin Quliyevə bir söz deməyib. Rəis bildirib ki, Eldar Mahmudov ona təxminən bir həftə sonra Mətləb Mustafayevin qohumlarının da evində silah və sursat olması barədə məlumat verib. O da Eldar Mahmudovun  göstərişi ilə həmin gün əməliyyat məlumatını istintaq baş idarəsinə göndərib. Lakin qohumlarımın evindən silah və sursat tapılmayıb. Ancaq mənim evimdən axtarış zamanı markasını bilmədiyim silah və sursat tapılıb. Elçin Quliyev ifadəsində qeyd edir ki, bununla bağlı istintaq işi aparılıb, istintaqın yekunu barədə isə onun məlumatım olmayıb”.

 

 

Mətləb Mustafayev bildirib ki, "Azərsuda"kı işindən Eldar Mahmudovun sifarişi ilə azad edilib.

 

 

Prosesdə M.Mustafayev iddiasına düzəliş etdiyini bildirib. O, iddiasını məhkəməyə təqdim edib. M.Mustafayev iddiasında 83 min 120 manat pulu Maliyyə Nairliyindən onun xeyrinə tutulmasını istəyib.

 

Bildirib ki, nazirlik də həmin pulu M.Şıxəliyevdən tələb etsin.

 

M.Şıxəliyevin vəkili isə çıxışında M.Mustafayevin iddiasını qəbul etmədiklərini deyib. O, həmin iddianı əsassız hesab edib və məhkəmədən təmin edilməməsini istəyib.

 

Məhkəmənin qərarı ilə M.Mustafayevin iddiası qismən təmin olunub. Belə ki, 5 min manat Maliyyə Nazirliyindən tutularaq, iddiaçı M.Mustafayevə veriləcək.

 

Qeyd edək ki, Mətləb Mustayayev sabiq nazir Eldar Mahmudovun və general Mövlan Şıxaliyevin sifarişi ilə həbs edilməsini göstərib. Ona görə pul təzminatı tələb edir.

 

Mətləb Mustafayev əvvəllər Dövlət Əmlak Komitəsində müxtəlif vəzifələrdə, həmçinin 2014-cü "Azərsu"da  iqtisadiyyatçı işləyib.

 



mənbə :
Lent.az

Bu şəxs generala qalib geldi – Mehkeme