[r32]
10 May, 2018 04:58 xeber – “Mançester Siti” futbol üzrə İngiltərə Premyer Liqasının 31-ci turundan təxirə salınmış matçın birinci hissəsində “Brayton”a iki top vurub.
“Report” xəbər verir ki, bununla da, ispan mütəxəssis Hosep Qvardiolanın komandası İngiltərə Premyer Liqasında bir mövsümdə vurulan qolların sayına görə rekorda imza atıb.
“Şəhərlilər” mövsüm ərzində 104 qol vuraraq 2009/10-cu illər mövsümündə 103 qol vuran “Çelsi”nin rekordunu yeniləyiblər.
mənbə :
Report.az