İçeriğe geçmek için "Enter"a basın

'Yuventus' İtaliya Kubokunun finalında 'Milan'ı darmadağın edib - VİDEO

10-05-2018

[r32]

10 May, 2018  01:10 xeber – “Yuventus” futbol üzrə İtaliya Kubokunun 2017/18-ci illər mövsümünün finalında “Milan” üzərində qələbə qazanıb.
“Report” xəbər verir ki, Romanın “Olimpiko” stadionunda keçirilən görüş 4:0 hesabı ilə Turin komandasının xeyrinə başa çatıb.
Matçda bütün qollar ikinci hissədə vurulub. Müdafiəçi Mehdi Benatia dubl edib, daha bir qolu isə xavbek Duqlas Kosta vurub. Oyunda son nöqtəni milanlıların forvardı Nikola Kaliniç qoyub. O, topu öz qapısına göndərib.
Beləliklə, “Yuventus” ardıcıl dörd, tarixində isə 13-cü dəfə İtaliya Kubokunun qalibi olub. Qələbə sayına görə turinlilərin ən yaxın izləyicisi “Roma”dır (9), “Milan” Kuboka 5 dəfə sahib çıxıb.
İtaliya Kuboku. Final
“Yuventus” – “Milan” – 4:0
Qollar: 1:0 – Benatia – 56, 2:0 – Kosta – 61, 3:0 – Benatia – 64, 4:0 – Kaliniç – 76 (avtoqol).


mənbə :
Report.az

‘Yuventus’ İtaliya Kubokunun finalinda ‘Milan’i darmadagin edib – Foto