İçeriğe geçmek için "Enter"a basın

UEFA Bakının da ev sahibliyi edəcəyi AVRO-2020-nin təqvimini təsdiqləyəcək

08-05-2018

[r32]

8 May, 2018  17:58 xeber – Mayın 24-də Ukraynanın paytaxtı Kiyevdə UEFA İcraiyyə Komitəsinin iclasında AVRO-2020-nin final mərhələsinin təqvimi təsdiqlənəcək.“Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, toplantıda 2020-ci ildə UEFA-nın klub turnirlərinə ev sahibliyi edəcək ölkələr də müəyyənləşəcək.Qeyd edək ki, AVRO-2020 qitənin 12 şəhərində – Bakı (Azərbaycan), London (İngiltərə), Münhen (Almaniya), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan) və Qlazqoda (Şotlandiya) təşkil olunacaq. Bakıda A qrupunun 3 oyunu ilə yanaşı, 1/4 final matçlarından 1-i keçiriləcək.

mənbə :
Report.az

UEFA Bakinin da ev sahibliyi edeceyi AVRO-2020-nin teqvimini tesdiqleyecek