İçeriğe geçmek için "Enter"a basın

Azərbaycan sahibkarları Hindistanda və Belarusda keçiriləcək sərgilərə dəvət olunub

08-05-2018

[r32]

8 May, 2018  15:09 xeber – Mayın 15-18-də Hindistanın Mumbay şəhərindəki sərgi mərkəzində 4-cü Qlobal Xidmətlər Sərgisi keçiriləcək.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) istinadən xəbər verir.

Məlumata görə, Azərbaycan tərəfdən sərgidə iştirak etmək istəyən nümayəndələrin beynəlxalq nəqliyyat və mehmanxana xərclərini təskilatçılar qarşılayacaq.

Bundan başqa, mayın 24-27-də Belarusda “Spring in Gomel” beynəlxalq sərgisi, mayın 25-də isə 15-ci Qomel İqtisadi Forumu olacaq. Arzu edənlər tədbirlərdə iştirak edə bilərlər.

mənbə :
Report.az

Azerbaycan sahibkarlari Hindistanda ve Belarusda kecirilecek sergilere devet olunub