İçeriğe geçmek için "Enter"a basın

Həmsədr: “Avropa İttifaqı ilə birgə qəbul olunan bəyanatda Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunur”

08-05-2018

[r32]

8 May, 2018  14:28 xeber – Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XV iclasında qəbul edilən bəyanatda Dağlıq Qarabağ münaqişəsinin regionda vəziyyəti qeyri-sabit saxlamaqda rol oynadığı qeyd olunub, münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həll olunmasına, Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunur”.

“Report”un xəbərinə görə, bunu Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XV iclasının ikinci sessiyasından sonra keçirilən mətbuat konfransında komitənin həmsədri Cavanşir Feyziyev deyib.

O bildirib ki, yekun sənəddə həm də Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz yurdlarından qaçqın və məcburi köçkün düşmüş insanların hüquqlarının qeyd-şərtsiz təmin olunması maddəsi də öz əksini tapır: “Sənəddə Avropa İttifaqı ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafı ilə bağlı müddəa da əksini tapıb”.

mənbə :
Report.az

Avropa İttifaqi Azerbaycanin erazi butovluyunu destekleyir