İçeriğe geçmek için "Enter"a basın

Trampı inadından döndərmək mümkün olmadı, radikal qərar gözlənilir

08-05-2018

[r32]
2018-05-08T12:46 xeber – ABŞ prezidenti Donald Trampın bu gün ölkəsinin İranla bağlanan nüvə razılaşmasından çıxdığını elan edəcəyi gözlənilir. Sputnik Azərbaycan xəbər verir ki, bunu “The New York Times” (NYT) nəşri Trampla danışıqlarda iştirak edən avropalı diplomatlara istinadən xəbər verir. CC0 / WilliamCho / JusticeABŞ-dan İrana qarşı ağlasığmaz tələb
Avroplı diplomatlar bu qənaətə gəliblər ki, onlar ABŞ prezidentini İranla nüvə razılaşmasının pozulmasının Qərblə rəsmi Tehran arasında yeni qarşıdurmaya gətirib çıxara biləcəyinə inandıra bilməyiblər. Onlardan birinin sözlərinə görə, Dondald Trampın nüvə razılaşmasını saxlayacağına dair şanslar çox azdır.
Qeyd edək ki, ötən gün ABŞ prezidenti İranın nüvə proqramı ilə bağlı qəbul olunan qərarını bu gün Vaşinqton saatı ilə 14:00 (Bakı vaxtı ilə 22:00) elan edəcək. Vaşinqton ümid edir ki, Tehranla sazişin şərtlərinə yenidən baxılmasına dair razılığa gələcək. Lakin İran tərəfi sazişə yenidən baxılmayacağını bildirib.
mənbə :
Sputnik

Donald Trampi inadindan dondermek mumkun olmadi, radikal qerar gozlenilir