İçeriğe geçmek için "Enter"a basın

Yol Polisinin “BMW”-ləri satışa çıxarılır

05-05-2018

[r32]
2018-05-05T13:57 xeber –DİN-ə məxsus 2007-ci ildə istehsal edilən “BMW-320”-nin hərrac qiyməti 5200 manatdır Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) mayın 15-də hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısını açıqlayıb.
Komitədən Sputnik Azərbaycan-a verilən məlumata görə, hərraca ümumilikdə on avtomobil çıxarılacaq.
Hərraca çıxarılan avtomobillər arasında Daxili İşlər Nazirliyinin tabeliyində olan “BMW-320” və “FIAT Doblo” markalı avtomobillər, həmçinin Mərkəzi Bankın və Nazirlər Kabinetinin nəqliyyat vasitələri də var.
Komitənin dərc etdiyi siyahıda DİN-ə məxsus 2007-ci ildə istehsal edilən “BMW-320”-nin hərrac qiyməti 5200 manatdan, Nazirlər Kabinetinin 2006-cı il istehsalı olan “BMW 730” markalı avtomobilin qiyməti isə 22 500 manatdan başlayır.
mənbə :
Sputnik

Yol Polisinin “BMW”-leri satisa cixarilir