İçeriğe geçmek için "Enter"a basın

Yunis Hüseynov: 'Qalib gələn komanda biz olmalıydıq'

04-05-2018

[r32]

4 May, 2018  19:39 xeber – Azərbaycan Premyer Liqasının XXVI turunda doğma meydanda “Sumqayıt”la heç-heçə edən “Kəpəz” klubunun baş məşqçisi Yunis Hüseynov oyundan sonra mətbuat konfransı keçirib. “Report”un məlumatına görə, o, öncə oyun haqqında fikirlərini bölüşüb:- Bəzən oyundan sonra şablon ifadələr işlədirik. Deyirik ki, oyuna qələbə qazanmaq üçün çıxmışdıq. Bu gün də qələbə qazanmaq niyyətindəydik. Maraqlı oyun oldu. Qarşıdakı oyunlarda “Sumqayıt” komandasına uğurlar arzulayıram. Demək olar ki, çempionatın axırıdır. Bizim də iki ağır oyunumuz qalıb. “Zirə” və “Neftçi” ilə matçlar çətin olacaq. Həmin komandalar Avropa Liqasına vəsiqə qazanmaq uğrunda mübarizə aparırlar. Biz isə turnir cədvəlinin sonuncu pilləsindəyik. Buna baxmayaraq, komanda mübarizə aparır. Son dəqiqəyə kimi oynayırıq ki, xallar toplayaq. Bu gün də 3 xal qazanmaq istəyirdik. Qarşılaşmada qalib gələn komanda biz olmalıydıq. Əfsuslar olsun ki, səhv elədik və qapımızda qol gördük. Mən hakimləri qınamaq istəmirəm. Düşünürəm ki, orada cərimə zərbəsi verməli idi. Dünən, bəlkə də, Avropa Liqasında “Zaltsburq” – “Marsel” oyununu izləmisiniz. Hakimin kobud səhvi qolla nəticələndi. Bu gün də top rəqib futbolçudan çıxmışdı. Hakim isə autu onlara verdi. Epizod da bizim qapımıza qolla nəticələndi. Həmin epizod olmasaydı qələbə qazanan tərəf biz olardıq. Amma bu gün komandadan razı qaldım. Futbolçular yaxşı oynadı və əzmkar oyun göstərdilər.- Quili Mandqaladze zədələndi və onu əvəzlədiniz. Azarkeşlər də narazılıq etdi…- Azarkeşlər narazılıq edirlər. Mən həmin an çönüb onlara deyə bilmərəm ki, bu oyunçu zədəlidir. Əslində birinci hissədən sonra onu əvəzləmək istədik. Həkim ilk hissədən sonra ona tibbi yardım göstərdi. İkinci hissədə də meydanda oldu. Əgər oynaya bilsəydi, sona kimi mübarizə aparacaqdı. Amma sonra da ağrılar hiss etdi. Hansı məşqçi yaxşı oyunçunu əvəzləyər? Şəhriyar Əliyevi də gözlənilmədən əvəzlədim. Şəhriyar tez əlini qaldırdı. Həkimi çağırmaq lazım deyil. Mən istəmədim ki, komanda meydanda bir dəqiqə də olsa, azlıqda qalsın. Ona görə də Şəhriyarı əvəzlədim. Əvəzetmə reallaşandan sonra Əliyev mənə dedi ki, yaxşıyam və oynaya bilərəm. Artıq gec idi. Onu əvəzləmək fikrim də yox idi. Məcburiyyət qarşısında qalıb onları əvəzlədim. 

mənbə :
Report.az

Yunis Huseynov: ‘Qalib gelen komanda biz olmaliydiq’