[r32]
2018-05-04T18:52 xeber –
BAKI, 4 may — Sputnik. Tovuzun Düz Cırdaxan kənd sakinləri avtomobil yolunu kəsməyə cəhd ediblər. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, bir müddət nəqliyyatın hərəkətində problem yaranıb. Belə ki, kənd sakinləri kanalizasiya xəttlərinin daşması və ətrafa kəskin qoxunun yayılması səbəbindən bu addımı atıblar.
Sakinlər dəfələrlə problem barədə aidiyyatı qurumlara məlumat verdiklərini, lakin heç bir tədbir görülmədiyini bildirərək etiraz olaraq yolu kəsmək qərarına gədiklərini bildiriblər. Polis və rəhbər strukturların işə qarışmasından sonra məsələ həllinu tapıb və nəqliyyatın hərəkəti bərpa edilib.Tovuzun Düz Cırdaxan kənd sakinləri avtomobil yolunu kəsməyə cəhd edirlər
©
Sputnik / İlham Mustafa Tovuzun Düz Cırdaxan kənd sakinləri avtomobil yolunu kəsməyə cəhd edirlər

Sputnik / İlham Mustafa 1 / 5
©
Sputnik / İlham Mustafa Tovuzun Düz Cırdaxan kənd sakinləri avtomobil yolunu kəsməyə cəhd edirlər
Baş verən hadisəylə bağlı Sputnik Azərbaycan-a açıqlama verən Düz Cırdaxan kənd bələdiyyə sədri Vasil Qəhrəmanov baş verən hadisədə sakinlərin də günahının olmasını bildirib. Belə ki, kənd ərazisində yerləşən, lakin rayonun Mənzil İstismar İdarəsinin balansında olan ikimərtəbəli binalarda mərkəzi kanalizasiya sistemi yoxdur və onu alternativ quyular əvəz edir. Sakinlərin vaxtında kommunal xərcləri ödəməməsi və bir müddət aidiyyatı quruma aid xüsusi texnikanın nasaz olması quyuların dolub-daşmasna səbəb olub. Bundan çıxış yolunu isə onlar yolu bağlamaqda görüb.
Bələdiyyə sədri hazırda problemin aradan qalxdığını, aidiyyatı təşkilatlar tərəfindən quyuların təmizləndiyini bildirib.
mənbə :
Sputnik
Bu rayonda ara qarışdı, sakinlər ayağa qalxdı
04-05-2018
Daha fazla XəbərlərXəbərlər kategorisinden daha fazla yazı »
- Aİ XİN bascilari Qirmizi denizde “Aspides” deniz missiyasini tesdiqleyib
- Prezident İlham Eliyevin Turkiyeye resmi seferi basa catib
- Naxcivanda STEAM Telim-Tedris Merkezinde ilk derslere baslanilib
- Son on gunde Celilabadda 83 nefer qizilcaya yoluxub
- Finlandiya Prezidenti Azerbaycanin dovlet bascisini tebrik edib