23.06.2015 / 00:55 xeber –
Bakı-APA. Bakı-2015 I Avropa Oyunlarının XI günündə 13 dəst medalın sahibi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, bu gün hesabına 4 mükafat əlavə edən Azərbaycan yığmasının aktivindəki medalların sayı 39-a çatıb.
İlk 11 gündən sonra Azərbaycan 14 qızıl, 11 gümüş, 14 bürünc medalla komanda hesabında 2-ci pillədəki mövqeyini qoruyub.
Siyahının lideri olan Rusiya bu gün daha 10 medal qazanaraq, izləyiciləri ilə fərqi daha da artırıb. Hesabında 87 mükafat olan rusiyalıların medallarından 45-ı qızıl, 23-ü gümüş, 19-u bürüncdü. Almaniya isə 3-cü pillədəki yerini qoruyub.
Həmçinin bu gün daha bir ölkə ilk mükafatını qazanıb. Belə ki, Kipr atıcılıq yarışında gümüş medal əldə edib. Bununla kiprlilər 40-cı medalçı komanda olub.
Qeyd edək ki, Bakı-2015-in ilk 11 günündə ümumilikdə 502 – 154 qızıl, 154 gümüş, 194 bürünc medalın sahibi müəyyənləşib. Medalçı 40 ölkədən 24-ü çempionluq sevinci yaşayıb.
Yer
Ölkə
Qızıl
Gümüş
Bürünc
Cəmi
1
Rusiya
45
23
19
87
2
Azərbaycan
14
11
14
39
3
Almaniya
11
9
12
32
4
Belarus
10
9
22
41
5
Serbiya
8
4
0
12
6
Böyük Britaniya
8
3
7
18
7
Macarıstan
8
2
5
15
8
İspaniya
7
8
7
22
9
İsveçrə
7
4
2
13
10
İtaliya
6
9
3
18
11
Türkiyə
5
3
15
23
12
Ukrayna
4
11
14
29
13
Fransa
4
5
8
17
14
Hollandiya
3
6
7
16
15
Belçika
3
3
1
7
16
Portuqaliya
2
4
2
8
17
Slovakiya
2
2
2
6
18
Polşa
1
5
5
11
19
Xorvatiya
1
3
5
9
20
Yunanıstan
1
3
2
6
21
İsveç
1
2
3
6
22
Litva
1
0
3
4
23
Latviya
1
0
1
2
24
Sloveniya
1
0
0
1
25
Avstriya
0
6
3
9
26
Gürcüstan
0
3
7
10
27-28
Bolqarıstan
0
3
4
7
İsrail
0
3
4
7
29
Rumıniya
0
3
3
6
30
Danimarka
0
2
1
3
31
Çex
0
1
4
5
32
Moldova
0
1
2
3
33
San Marino
0
1
1
2
34-35
Ermənistan
0
1
0
1
Kipr
0
1
0
1
36
Makedoniya
0
0
2
2
37-40
Estoniya
0
0
1
1
Finlandiya
0
0
1
1
Monteneqro
0
0
1
1
Norveç
0
0
1
1
Mənbə : Lent.az