İçeriğe geçmek için "Enter"a basın

Irəvanda etiraz aksiyası: minlərlə insan küçələrə çıxdı

22-06-2015


22.06.2015 / 23:34 xeber –

İrəvanda minlərlə sakin Serj Sarkisyanın iqamətgahı yerləşən Baqramyan prospektini bağlayıblar.

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, paytaxt sakinləri elektrik enerjisi qiymətlərinin qaldırılmasına etiraz edirlər.

 

İrəvan polisinin rəis müavini Valeri Osipyan prezidentlə görüşmək üçün tədbir iştirakçılarına 3 nəfərlik qrup yaratmağa təklif edib, lakin etirazçılar razılaşmayıb. Ermənistan polisinin mətbuat xidmətindən bildiriblər ki, asayiş keşikçilərinə müqavimət göstərildiyi halda aksiya dağıdılacaq.  

Mənbə : Lent.az

Irevanda etiraz aksiyası: minlerle insan küçelere çıxdı