[r32]
xeber –
Goranboyda baş verən ağır yol nəqliyyat qəzasının səbəbi məlum olub.
DİN-nin mətbuat xidmətinin qərb regional qrupunun baş inspektoru Eşqin Qasımovun APA-nın qərb bürosuna verdiyi məlumata görə, ekspertiza müayinəsi zamanı məlum olub ki, qəzaya səbəb “Toyota Land Cruiser” markalı avtomobilin sürücüsü, 1960-cı il təvəllüdlü Füzuli Qasımovun sükan arxasında infarkt keçirməsi olub. Sürücü avtomobilə idarəetməni itirərək yolun qarşı tərəfinə çıxıb və “Niva” ilə toqquşub.
Ciddi xəsarət almayan F. Qasımov xəstəxanada həyat yoldaşının və digər avtomobildə olan bir nəfərində öldüyünü eşidərək ürək tutmasından orada keçinib.
Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.
***
Goranboy rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, Xan Qərvənd kəndinə gedən yolda "Niva" və "Toyota Prado" markalı avtomobillər toqquşub.
Qəza nəticəsində Goranboy rayon sakini, 1972-ci il təvəllüdlü Süleymanov Əli Süleyman oğlu hadisə yerində, daha iki nəfər – Ağdam rayon sakini, 1963-cü il təvəllüdlü Quliyeva Cəmilə Sovet qızı və onun həyat yoldaşı, 1960-cı il təvəllüdlü Quliyev Füzuli Şura oğlu Goranboy rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.
Məlumata əsasən, xəsarət alanlar arasında üç uşaq var, onların vəziyyəti normaldır.
mənbə :
Lent.az