İçeriğe geçmek için "Enter"a basın

Suriyanın Homs şəhəri raket atəşinə tutulub, ölən və yaralananlar var

01-05-2018

[r32]

30 Aprel, 2018  23:47 xeber – Bazar günü Suriyanın Homs şəhərinin terrorçular tərəfindən raket atəşinə tutulması nəticəsində 2 nəfər ölüb, 13-ü yaralanıb.“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu brifinqdə Rusiyanın Suriyada düşmən tərəflərin barışdırılması mərkəzinin rəisi general-mayor Yuri Yevtuşenko deyib.”Aprelin 29-da Homs əyalətinin Təll-Bisa yaşayış məntəqəsinin cənub dairəsindən olan qanunsuz silahsız qruplaşmaların yaraqlıları Homs şəhərinin Əl-Aydum, Əl-Hudari, Əl-Durdiya və Term-Zeytun rayonlarını iki dəfə atəşə tutublar. Dörd raket atılıb. İki nəfər ölüb və 13 nəfər yaralanıb. Dağıntılar var”, — deyə o əlavə edib.

mənbə :
Report.az

Suriyanin Homs seheri raket atesine tutulub, olen ve yaralananlar var