İçeriğe geçmek için "Enter"a basın

Suriyanın T-4 aviabazası bombalandı

09-04-2018

[r32]
xeber –

Suriyanın Homs vilayətindəki “T-4”  aviabazasına ötən gecə raket zərbəsi endirilib. APA-nın xəbərinə görə, bu barədə Suriyanın SANA dövlət xəbər agentliyi məlumat yayıb.

 

“Aviabazaya bir neçə raket zərbəsi endirilib, hücumun ABŞ tərəfindən həyata keçirildiyi istisna olunmur”, deyə məlumatda bildirilir.   

 

“RİA Novosti”-nin öz mənbələrinə istinadən verdiyi məlumata görə, Suriya Havadan Müdafiə Qüvvələri aviabazaya atılan raketlərin hamısını zərərsizləşdirməyə müvəffəq olduğunu və insident nəticəsində heç bir olmadığını bildirir.

 

SANA raket zərbəsi nəticəsində ölən və yaralananların olduğunu bildirilir.

 

Raketlərin Aralıq dənizi hövzəsindən atıldığı iddia edilir.

 

Pentaqon ABŞ-ın qeyd olunan raket zərbəsi ilə heç bir əlaqəsi olmadığını iddia edir.

 

 

 



mənbə :
Lent.az

Suriyanin T-4 aviabazasi bombalandi