İçeriğe geçmek için "Enter"a basın

Suriyada hərbi bazanın atəşə tutulması nəticəsində bir neçə nəfər ölüb, yaralananlar var - VİDEO

09-04-2018

[r32]

9 Aprel, 2018  06:21 xeber –
mənbə :

Suriyanın Homs vilayətində T-4 hərbi bazasının atəşə tutulması nəticəsində bir neçə nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə SANA agentliyi həbri mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, hücum zamanı habelə daha bir neçə nəfər də yaralanıb. Agentlik ölən və yaralananların dəqiq sayı barədə məlumat verməyib.

Hərbi mənbənin məlumatına görə, Suriyanın Hava Hücumundan Müdafiə sistemi 8 raketi vurub salmağa nail olub. Qeyd edək ki, agentlik daha əvvəl hərbi bazanın ABŞ tərəfindən atəşə tutulduğunu bildirib. Lakin Pentaqon bu xəbəri təkzib edib.

target=’_blank’ rel=’nofollow’>Report.az

Suriyada herbi bazanin atese tutulmasi neticesinde bir nece nefer olub, yaralananlar var – VİDEO