İçeriğe geçmek için "Enter"a basın

Pentaqon Suriyadakı hərbi bazaya zərbə endirməsi barədə xəbəri təkzib edib

09-04-2018

[r32]

9 Aprel, 2018  05:59 xeber – Suriyanın Homs vilayətində, Tayfur ərazisindəki T-4 hərbi bazasına raket zərbələri endirilib.”Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “France Presse” bildirib.SANA agentliyinin xəbərinə görə isə, Suriyanın Hava Hücumundan Müdafiə sistemi hücuma reaksiya verib. SANA hücumun ABŞ tərəfindən endirildiyini istisna etməyib. Pentaqon isə öz növbəsində Suriyada hərbi bazaya zərbə endirməsi xəbəri təsdiq etməyib. Müdafiə Nazirliyinin rəsmisi hadisədən xəbərdar olduqlarını, lakin heç nəyi təsdiqləyə bilməyəcəklərini deyib. 

mənbə :
Report.az

Pentaqon Suriyadaki herbi bazaya zerbe endirmesi barede xeberi tekzib edib