İçeriğe geçmek için "Enter"a basın

FİDE üzvləri Kirsan İllümcanovun dərhal istefasını tələb ediblər

09-04-2018

[r32]

9 Aprel, 2018  05:39 xeber – Beynəlxalq Şahmat Federasiyasının (FİDE) üzvləri Prezidentlik Şurasında təşkilatın rəhbəri Kirsan İllümcanovun dərhal istefasını tələb ediblər.”Report” xəbər verir ki, istefanın lehinə 14 şura üzvü səs verib. Qurumun üzvlərindən yalnız 1-i buna qarşı çıxıb.Federasiyanın saytında bildirilir ki, Üllumcanovun adı ABŞ-ın sanksiyalar tətbiq etdiyi şəxslərin siyahısındadır. Buna görə FİDE maliyyə çətinliyini yaşayır. Xüsusən Qərb bankları təşkilatla əməkdaşlıqdan imtina ediblər. Ağır vəziyyət sponsorların və idmançıların qapılarıını bağlayaraq FİDE-nin nüfuzuna mənfi təsir göstərir. Həmçinin FİDE-nin Moskvadakı ofisinin bağlanması tövsiyə edilib. 1995-ci ilin noyabrından FİDE-yə rəhbərlik edən İllümcanov Suriya hökumətinə maddi kömək və Dəməşqin maraqları çərçivəsində fəaliyyətinə görə ABŞ-ın Maliyyə Nazirliyinin sanksiyalar siyahısına salınıb. 

mənbə :
Report.az

FİDE uzvleri Kirsan İllumcanovun derhal istefasini teleb edibler