İçeriğe geçmek için "Enter"a basın

Tramp və Makron BMT-də Suriya məsələsi üzrə fəaliyyəti əlaqələndirməyi razılaşdırıblar

09-04-2018

[r32]

9 Aprel, 2018  03:53 xeber – Fransa prezidenti Emmanuel Makron və ABŞ-ın dövlət başçısı Donald Tramp arasında telefon danışığı olub.”Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Yelisey Sarayının rəsmi məlumatında bildirilir.Qeyd edilir ki, dövlət başçıları aprelin 9-da keçiriləcək BMT Təhlükəsizlik Şurasının Nyu-Yorkdakı iclasında fəaliyyətləri əlaqələndirməyi razılaşdırıblar. Hər iki dövlətin 2401 saylı qətnaməyə hörmətsizlik, həmçinin kimyəvi silahdan təkrar istifadəni pisləyəcəyi bildirilir. Bildirilir ki, bu məsələ üzrə müqəssir dəqiq müəyyənləşdiriləcək. Makron və Tramp həmçinin sıx əlaqə saxlamağı və yaxın 48 saat ərzində yenidən telefonla danışıq aparmağı razılaşdırıblar.Rəsmi məlumatda E. Makronun Suriyada kimyəvi silahın tətbiqini pislədiyi qeyd edilir. Daha əvvəl Böyük Britaniya, Fransa, Polşa, Niderland, İsveç, Küveyt, Peru və Kot-di-Vuar Suriyada vəziyyəti müzakirə etmək üçün BMT TŞ-in təcili iclasının çağırılmasını tələb ediblər.

mənbə :
Report.az

Donald Tramp ve Makron BMT-de Suriya meselesi uzre fealiyyeti elaqelendirmeyi razilasdiriblar