İçeriğe geçmek için "Enter"a basın

Azərbaycanın sərbəst güləş yığması Dünya Kubokunda ikinci yeri tutub

09-04-2018

[r32]

9 Aprel, 2018  02:59 xeber – ABŞ-ın Ayova şəhərindəki sərbəst güləş üzrə Dünya Kubokuna yekun vurulub. “Report”un məlumatına görə, finalda Azərbaycan millisi ABŞ-la üz-üzə gəlib.Görüş təşkilatçı ölkə komandasının 6:4 hesablı qələbəsi ilə yekunlaşıb. Georgi Edişeraşvili, Coşqun Əzimov, Aslanbek Alborov və Cəmaləddin Məhəmmədov qələbə qazandığı halda, Əfqan Xaşalov, Hacı Əliyev, Hacımurad Ömərov, Cəbrayıl Həsənov, Aleksandr Qostiyev və Roman Bəkirov uduzub. Bununla da Firdovsi Umudovun baş məşqçi olduğu kollektiv Dünya Kubokunu gümüş medalla başa vurub. Yarışın qalibi adını ABŞ qazanıb.Azərbaycan millisi əvvəllər 2 dəfə – 2004 və 2009-cu illərdə Dünya Kubokunu əldə edib. Ötən il isə bürünc medal qazanılıb. Qeyd edək ki, B qrupundakı görüşlərində Azərbaycan Kuba, Qazaxıstan və Monqolustanı məğlub edib. Təşkilatçı ölkə komandası isə A qrupunda Hindistan, Gürcüstan və Yaponiyanı üstələyib. 01:00. Final. ABŞ – Azərbaycan – 6:457 kq. Tomas Gilman – Georgi Edişeraşvili – 7:861 kq. Kendrik Maple – Əfqan Xaşalov – 6:265 kq. Loqan Ştiber – Hacı Əliyev – 6:370 kq. Ceyms Qrin – Coşqun Əzimov – 4:4*74 kq. Cordan Burafs – Hacımurad Ömərov – 7:079 kq. Kayl Deyk – Cəbrayıl Həsənov – 5:386 kq. Devid Teylor – Aleksandr Qostiyev – 12:292 kq. Jden Koks – Aslanbek Alborov – 4:4*97 kq. Kayl Snayder – Roman Bəkirov – 14:3125 kq. Nik Qvyazdovski – Cəmaləddin Məhəmmədov – 3:4

mənbə :
Report.az

Azerbaycanin serbest gules yigmasi Dunya Kubokunda ikinci yeri tutub