[r32]
6 Aprel, 2018 16:14 xeber – Azərbaycan qazının Türkiyə və buradan Avropaya nəqli üçün inşa olunan Trans-Anadolu Boru Kəmərinin (TANAP) keçdiyi ərazilərin iqtisadi və sosial inkişafı üçün Türkiyənin 11 rayonunda 433 layihəyə 70 mln. lirədən çox məbləğdə qrant veriləcək.“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə TANAP-dan bildirilib.Qeyd olunub ki, TANAP 11 rayondan 4 500 müraciətə baxıb və 433 layihə qrant ayılması üçün seçilib. Dəyəri 200 min lirədən 1,5 mln. lirəyə qədər olan 40 layihə üçün Ankarada müqavilə imzalanıb.
mənbə :
Report.az