İçeriğe geçmek için "Enter"a basın

Gürcüstanın valyuta ehtiyatları azalıb

06-04-2018

[r32]

6 Aprel, 2018  00:19 xeber – Gürcüstanın valyuta ehtiyatları cari ilin mart ayında azalaraq aprelin 1-nə 3,019 milyard dollar təşkil edib.“Report”un Gürcüstan bürosu xəbər verir ki, ilin əvvəlindən mart ayının 1-dək ölkənin valyuta ehtiyatları 3,023 milyard dollar olub.Gürcüstan Milli Bankının məlumatına görə, 2017-ci ildə ölkənin valyuta ehtiyatları 2,757 milyard dollardan 3,039 milyard dollara yüksəlmişdi.Keçən il Milli Bank valyuta hərracından 129,75 milyon dollar alıb.Lakin maliyyə bazarındakı çatışmazlıqlar Milli Bankı yenidən xarici valyuta almağa məcbur edib. Bu ilin aprelində artıq 20 milyon dollar alınıb.

mənbə :
Report.az

Gurcustanin valyuta ehtiyatlari azalib