İçeriğe geçmek için "Enter"a basın

AMADA jurnalistlər arasında müsabiqə elan edib

05-04-2018

[r32]

5 Aprel, 2018  19:30 xeber – Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) 10 Aprel – Ədalətli İdman Gününə (Play True Day) həsr olunmuş müsabiqə elan edib.

AMADA-dan “Report”a verilən məlumata görə, müsabiqə 2 kateqoriya üzrə keçiriləcək:

1. Jurnalistlər üçün esse;

2. Şəkil – komiks, rəsm əsəri, qrafik dizayn, karikatura, illüstrasiya.

Aprelin 10-da hər kateqoriya üzrə 3 qalib elan ediləcək, pul mükafatı və dəyərli hədiyyələr veriləcək.

Birinci yerlər – 250 AZN,

İkinci yerlər – 150 AZN,

Üçüncü yerlər – 100 AZN

Müsabiqənin şərtləri:

– Təqdim olunan yaradıcılıq nümunəsi bilavasitə iştirakçı tərəfindən tərtib olunmalıdır;

– Təqdim olunan yaradıcılıq nümunəsində heç bir ad, işarə, imza, tarix olmamalıdır;

– Hər bir iştirakçı müsabiqəyə yalnız 1 kateqoriya üzrə qatıla bilər;

– Müsabiqəyə göndərilən yaradıcılıq nümunəsi daha əvvəl heç bir qəzet, jurnal, internet saytlarında, sosial şəbəkələrdə və müsabiqələrdə paylaşılmamalıdır;

– İctimai, mənəvi və etik normaları pozan nümunələr müsabiqəyə qəbul edilməyəcəkdir;

– İnternetdən başqalarına məxsus nümunələrin mənimsənilməsinə icazə verilmir;

– Müəlliflər nümunəni ad, soyad, ata adı, yaş və əlaqə məlumatları (adres və telefon) və mövzu yerinə “PLAY TRUE DAY” qeyd edilməklə [email protected] mail adresinə göndərilməlidir.

– Nümunələrin son göndərilmə tarixi aprelin 8-də saat 22:00-dəkdir.

mənbə :
Report.az

AMADA jurnalistler arasinda musabiqe elan edib