[r32]
5 Aprel, 2018 19:30 xeber – Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) 10 Aprel – Ədalətli İdman Gününə (Play True Day) həsr olunmuş müsabiqə elan edib.
AMADA-dan “Report”a verilən məlumata görə, müsabiqə 2 kateqoriya üzrə keçiriləcək:
1. Jurnalistlər üçün esse;
2. Şəkil – komiks, rəsm əsəri, qrafik dizayn, karikatura, illüstrasiya.
Aprelin 10-da hər kateqoriya üzrə 3 qalib elan ediləcək, pul mükafatı və dəyərli hədiyyələr veriləcək.
Birinci yerlər – 250 AZN,
İkinci yerlər – 150 AZN,
Üçüncü yerlər – 100 AZN
Müsabiqənin şərtləri:
– Təqdim olunan yaradıcılıq nümunəsi bilavasitə iştirakçı tərəfindən tərtib olunmalıdır;
– Təqdim olunan yaradıcılıq nümunəsində heç bir ad, işarə, imza, tarix olmamalıdır;
– Hər bir iştirakçı müsabiqəyə yalnız 1 kateqoriya üzrə qatıla bilər;
– Müsabiqəyə göndərilən yaradıcılıq nümunəsi daha əvvəl heç bir qəzet, jurnal, internet saytlarında, sosial şəbəkələrdə və müsabiqələrdə paylaşılmamalıdır;
– İctimai, mənəvi və etik normaları pozan nümunələr müsabiqəyə qəbul edilməyəcəkdir;
– İnternetdən başqalarına məxsus nümunələrin mənimsənilməsinə icazə verilmir;
– Müəlliflər nümunəni ad, soyad, ata adı, yaş və əlaqə məlumatları (adres və telefon) və mövzu yerinə “PLAY TRUE DAY” qeyd edilməklə office@amada.az mail adresinə göndərilməlidir.
– Nümunələrin son göndərilmə tarixi aprelin 8-də saat 22:00-dəkdir.
mənbə :
Report.az