İçeriğe geçmek için "Enter"a basın

Azərbaycan prezidenti daha 6 rayona təhsillə bağlı pul ayırdı

05-04-2018

[r32]
2018-04-05T19:08 xeber – Prezident İlham Əliyev aprelin 5-də Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb. 
Sputnik Azərbaycan-ın məlumatına görə, sərəncamla Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında cəmi 756 şagird yerlik modul tipli 15 məktəbin quraşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 4 461 000 manatı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılıb.
mənbə :
Sputnik

Azerbaycan prezidenti daha 6 rayona tehsille bagli pul ayirdi