İçeriğe geçmek için "Enter"a basın

Facebook etiraf etdi…

05-04-2018

[r32]
2018-04-05T18:49 xeber – Facebook 90 milyon istifadəçi məlumatlarının sızmasını etriaf edib.
Sputnik Azərbaycan bu barədə Rusiya mətbuatına istinadla xəbər verir. “Siyasi məsləhətləşmələr üzrə ixtisaslaşmış “Cambridge Analytica” şirkəti 87 milyon facebook istifadəçisinin məlumatlarını yığa bilərdi. Bu ehtimal istisna olunmur” — deyə sosial şəbəkənin texniki direktoru Mayk Şrepfer bildirib.
Bildirilir ki, ABŞ, Filippin, İndoneziya, Böyük Britaniya, Meksika, Kanada, Hindistan, Braziliya, Vyetnam və Avstraliyadan olan sosial şəbəkə istifadəçilərinin şəxsi məlumatlarına qeyri-qanuni şəkildə toxunulub.
Xatırladaq ki, daha əvvəl 50 milyon istifadəçinin məlumatlarından söhbət gedirdi.
Hesab edilir ki, “Cambridge Analytica” cəmiyyətin düşüncələrinə təsir etmək məqsədilə şəxsi məlumatlar toplayıb.
İnformasiyaların 2016-cı ildə prezident seçkiləri kampaniyaları və Böyük Britaniyanın Avropa İttifaqından çıxması referendumu zamanı istifadə edildiyi istisna edilmir.
Anket üçün məlumatların toplanması üçüncü tərəfin ərizəsi ilə reallaşıb. Facebook bildirib ki, aprelin 4-dən etibarən üçüncü tərəfin ərizələrinin informasiya istifadəçilərinə çıxışışına məhdududiyyət qoyulacaq.
mənbə :
Sputnik

Facebook etiraf etdi…