İçeriğe geçmek için "Enter"a basın

Prezident 6 rayonda modul tipli məktəblərin quraşdırılmasına vəsait ayırıb - SİYAHI

05-04-2018

[r32]
xeber –

Azərbaycan prezidenti İlham Əliyev Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.

 

Lent.az-ın AzərTAC-a istinadən məlumatına görə, Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında cəmi 756 şagird yerlik modul tipli 15 məktəbin quraşdırılması məqsədi ilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 4 461 000 manatı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılıb.

 

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

 

mənbə :
Lent.az

Prezident 6 rayonda modul tipli mekteblerin qurasdirilmasina vesait ayirib – SİYAHİ