İçeriğe geçmek için "Enter"a basın

Əbülfəs Qarayev: “Bəzi dəllallar turizmdən gəlir əldə etmək istəyirlər'

04-04-2018

[r32]

4 Aprel, 2018  11:14 xeber – “Dünya ölkələrinin təcrübəsi onu göstərir ki, mədəniyyət sektoru ölkəyə gəlir gətirir”.

“Report” xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

O qeyd edib ki, mədəniyyət sektoru ilə bağlı yanaşma dəyişməlidir: “Biz mədəniyyət sektorunun dövlətin çiyinləri üzərində olmasına öyrəşmişik. Amma bu sahə də büdcəyə gəlir gətirməlidir. Bunun üçün mədəniyyət sahəsində çalışanlara əlavə imkanlar yaradılmalıdır”.

Nazir bildirib ki, mədəniyyət sektorunun imkanlarının genişləndirilməsi ölkəyə turist axınının güclənməsinə səbəb olacaq: “Turizm sahəsindən gələn gəlirlərin artırılması üçün dünyada qəbul olunmuş vasitələrdən istifadə edilməlidir. Əfsuslar olsun ki, bəzi dəllallar turizmdən gəlir əldə etmək istəyirlər. Lakin, bu, dəllallıqla deyil, bacarıqla, dünyada qəbul olunmuş vasitələrlə olmalıdır”.

mənbə :
Report.az

Ebulfes Qarayev: “Bezi dellallar turizmden gelir elde etmek isteyirler’