İçeriğe geçmek için "Enter"a basın

Bolqarıstanın turizm nazirinin müavini Azərbaycana gələcək

03-04-2018

[r32]

3 Aprel, 2018  17:19 xeber – Bolqarıstanın turizm nazirinin müavini İrena Qeorqiyeva aprelin 5-7-də 7-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər (“AITF 2018”) sərgisində iştirak etmək məqsədilə Bakıda səfərdə olacaq.

Bu barədə “Report”a Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Məlumata görə, səfər çərçivəsində İrena Qeorqiyeva ilə nazir Əbülfəs Qarayev arasında görüşün keçirilməsi nəzərdə tutulur. Görüş zamanı Bolqarıstan və Azərbaycan arasında turizm sahəsi üzrə əməkdaşlıq məsələlərinin genişlənməsi və qarşılıqlı turist axınının təmin edilməsi məsələləri müzakirə ediləcək.

“Məlum olduğu kimi, Azərbaycan və Bolqarıstanın prezidentləri arasında aparılan danışıqlar çərçivəsində Bakı ilə Sofiya arasında hava əlaqəsinin açılması barədə əldə olunmuş razılığa əsasən, 2018-ci il yanvarın 16-dan etibarən “Buta Airways” aşağıbüdcəli aviaşirkəti tərəfindən uçuşlar həyata keçirilir. Bu məqsədlə Bolqarıstanın turizm potensialı və mövcud turizm imkanları ölkəmizdə keçiriləcək 17-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər (“AITF 2018”) sərgisində nümayiş olunacaq. Eyni zamanda Bolqarıstan bu il 17-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər (“AITF 2018”) sərgisinin rəsmi partyoru olacaq”, – deyə məlumatda qeyd olunub.

mənbə :
Report.az

Bolqaristanin turizm nazirinin muavini Azerbaycana gelecek