İçeriğe geçmek için "Enter"a basın

'Qəbələ' - 'Sumqayıt' matçında qalib müəyyənləşməyib

02-04-2018

[r32]

2 Aprel, 2018  18:58 xeber – Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI turun daha bir görüşü keçirilib.

“Report”un məlumatına görə, Qəbələ şəhər stadionunda “Qəbələ” “Sumqayıt”ı qəbul edib.

Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Matçda ilk qolu 55-ci dəqiqədə meydan sahiblərinin futbolçusu Stiven Monroz vurub. Görüşün 82-ci dəqiqəsində isə “Sumqayıt” Nicat Qurbanovun qolu ilə hesabı bərabərləşdirib.

Bu bərabərlikdən sonra “Qəbələ” xallarını 40-a çatdırıb və komanda lider “Qarabağ”dan 10 xal geri qalır. “Sumqayıt” isə 35 xalla 3-cü pillədə qərarlaşıb.

Tura saat 19:30-da start götürəcək “Neftçi” – “Səbail” matçı ilə yekun vurulacaq.

Qeyd edək ki, ilk oyun günündə “Kəpəz” “Zirə” ilə 0:0, “Qarabağ” isə “Keşlə” ilə 1:1 hesablı heç-heçə edib.


mənbə :
Report.az

‘Qebele’ – ‘Sumqayit’ matcinda qalib mueyyenlesmeyib