İçeriğe geçmek için "Enter"a basın

Avtovağzal Ticarət Mərkəzində satıcı qız özünü 3-cü mərtəbədən yerə atıb - FOTO

02-04-2018

[r32]

2 Aprel, 2018  07:10 xeber – Paytaxtın Binəqədi rayonu ərazisində yerləşən Bakı Beynəlxalq Avtovağzalında intihara cəhd hadisəsi baş verib.

“Report” xəbər verir ki, 2000-ci il təvəllüdlü Astara rayon sakini Ağazadə Şəbnəm Əhməd qızı günorta saatlarında özünü Avtovağzal Ticarət Mərkəzinin üçüncü mərtəbəsindən yerə atıb.

Yaralı açıq kəllə-beyin travması alıb. O, ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Qız Avtovağzal Ticarət Mərkəzində satıcı kimi fəaliyyət göstərir. Hadisə iş vaxtı baş verib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.


mənbə :
Report.az

Avtovagzal Ticaret Merkezinde satici qiz ozunu 3-cu mertebeden yere atib – FOTO