[r32]
1 Aprel, 2018 00:50 xeber – “Yuventus” futbol üzrə A Seriyasının 30-cu turunda “Milan”ı məğlub edib.
“Report” xəbər verir ki, Turinin “Alyans Yuventus” stadionunda keçirilən görüş 3:1 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb.
“Yuventus” bu qələbə sayəsində xallarının sayını 78-ə çatdırıb və İtaliya çempionatının turnir cədvəlinə liderliyini davam etdirir. “Milan” 50 xal ilə 6-cıdır.
İtaliya A Seriyası. 30-cu tur
“Yuventus” – “Milan” – 3:1
“Bolonya” – “Roma” – 1–1
“İnter” – “Verona” – 3–0
“Lasio” – “Benevento” – 6–2
“Kalyari” – “Torino” – 0–4
“Cenoa” – SPAL – 1–1
“Fiorentina” – “Krotone” – 2–0
“Atalanta” – “Udineze” – 2–0
“Sassuolo” – “Napoli” – 1–1
“Kyevo” – “Sampdoriya” – 2–1
Turnir cədvəli
1. Yuventus 30 – 78
2. Napoli 30 – 74
3. Roma 30 – 60
4. İnter 29 – 58
5. Lasio 30 – 57
6. Milan 29 – 50
mənbə :
Report.az