İçeriğe geçmek için "Enter"a basın

““Quran”ı oxumaq şərt deyil” - Elnur Hüseynov

30-03-2018

[r32]
xeber –

“O səs Türkiyə” yarışmasının qalibi, Azərbaycanı iki dəfə Avroviziya mahnı müsabiqəsində təmsil edən Elnur Hüseynov “Nargis” jurnalına müsahibə verib.
“O səs Türkiyə” yarışmasının qalibi, Azərbaycanı iki dəfə Avroviziya mahnı müsabiqəsində təmsil edən Elnur Hüseynov “Nargis” jurnalına müsahibə verib.

Müğənni dərgiyə bildirib ki, “Youtube”də yerləşdirilən videolarının silinməyini istəyir:

Mənim üçün çətin bir dövrdür. Hətta deyərdim ki, nə baş verdiyini dərk etmək zamanıdır. Türk şou-biznesinə daxil olduğumda özümü, musiqimi göstərə biləcəyimi ümid edirdim, nəticədə mən məşhurluq əldə etdim, amma özümü deyil. Mən etiraf etməliyəm ki, bu müddət ərzində mənə verilən tapşırıqları yerinə yetirmişəm. Beynəlxalq müsabiqələrdən tutmuş Türkiyədəki fəaliyyətimə qədər… Mən internetdə çıxışlarımı əks etdirən bəzi videoların dəhşətli dərəcədə silinməyini istəyirəm. Ona görə yox ki, mən bundan utanıram. Sadəcə olaraq ordakılar mən deyiləm. Bundan sonra çalışacam ki, ancaq xoşuma gələn şeyləri edim”.

Elnur İstanbulda üç heyvanı ilə birgə yaşadığını söyləyib:

“İstanbulda itim, pişiyim və iquanamla yaşayıram. Yayı gözləyirəm ki, parka çıxıb oturacaqlarda əyləşəm. Doğmalarıma, dostlarıma vaxt ayırmaq istəyirəm. Bir sözlə, bütün insanlar kimi. Təkcə onların iquanaları yoxdur.

“O səs”in qalibi müsahibəsində dindar olmadığını vurğulayıb:

“Mən özümü dindar hesab etmirəm, ancaq inam olmadan yaşamaq mümkün deyil. Yaxşı insan olmaq üçün “Quran”ı oxumaq şərt deyil. Əvvəldən yaxşı insan olmaq lazımdır. Müqəddəs kitab isə ancaq səni istiqamətləndirir”.  

mənbə :
Lent.az

““Quran”i oxumaq sert deyil” – Elnur Huseynov