İçeriğe geçmek için "Enter"a basın

Kür çayının səviyyəsi aşağı düşüb - FOTO

27-03-2018

[r32]

27 Mart, 2018  18:31 xeber – Kür çayının səviyyəsi aşağı düşüb. Bu da Salyan və Neftçala rayonlarında təsərrüfat sahiblərinin narahatlığına səbəb olub.

“Report”un Aran bürosu xəbər verir ki, son günlər havaların qeyri-sabit keçməsinə baxmayaraq, Kürün Salyan və Neftçala rayonları ərazisindən keçən hissəsində suyunun səviyyəsi azalır.

Bu gün Salyanda Kürün səviyyəsi 10 sm, Neftçala rayonunda isə 3 sm aşağı düşüb. Ümumiyyətlə, bu ilin əvvəlindən indiyə kimi çayın aşağı axınında səviyyə 2 metrdən çox enib. Nəticədə hər iki rayonda çayın sahilində quraşdırılmış dayanıqlı su nasoslarının tam gücü ilə işləməsində çətinliklər yaranıb. Bu da mövsümlə əlaqədar suya tələbat artdığından təsərrüfat sahiblərinin ciddi narahatlığına səbəb olub.

Mütəxəssislər hesab edirlər ki, adətən, çaylarda sululuq dövrü mart ayından başlayıb may ayına kimi davam edir. Əgər Kür çayının səviyyəsi belə templə aşağı düşərsə, kənd təsərrüfatı bitkilərinin suvarılmasında ciddi çətinliklər yarana bilər.


mənbə :
Report.az

Kur cayinin seviyyesi asagi dusub – FOTO