İçeriğe geçmek için "Enter"a basın

Şəhriyar Məmmədyarov İddiaçılar Turnirində üçüncü qələbəsini qazanıb - YENİLƏNİB

26-03-2018

[r32]

26 Mart, 2018  22:03 xeber – Almaniyanın paytaxtı Berlindəki şahmat üzrə İddiaçılar Turnirində bu gün XIII turun görüşləri keçirilir.

“Report”un məlumatına görə, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov ağ fiqurlarla rusiyalı Aleksandr Qrişukla üz-üzə gəlib. Görüş 39-cu dəqiqədə Məmmədyarovun qələbəsi ilə yekunlaşıb – 1:0.

Bununla da 33 yaşlı qrossmeyster turnirdə üçüncü qələbəsini qazanıb və xallarını 7,5-ə çatdırıb. Hazırda o, rusiyalı Sergey Karyakinlə 2-3-cü yerləri bölüşür. Karyakin bu tur qara fiqurlarla ABŞ təmsilçisi Uesli So ilə heç-heçə edib – 0,5:0,5. Məmmədyarov İddiaçılar Turnirində əvvəlki 2 qələbəsini də Rusiya təmsilçiləri – Sergey Karyakin və Vladimir Kramnik üzərində qazanıb.

Turnir cədvəlinə isə yenidən ABŞ-ın digər təmsilçisi Fabiano Karuana başçılıq edir. Karuana ağ fiqurlarla ermənistanlı Levon Aronyanı yenərək, 8 xalla vahid liderə çevrilib.

Din Lijen (Çin) – Vladimir Kramnik (Rusiya) görüşündə isə heç-heçə qeydə alınıb – 0,5:0,5.

Bu nəticədən sonra Lijen 7 xalla 4-cü, Kramnik 6 xalla 6-cı pillədə qərarlaşıb. Qalan şahmatçılara gəldikdə, Qrişuk 6,5 xalla 5-ci, So 5,5 xalla 7-ci, Aronyan 4 xalla 8-cidir.

Beləliklə, martın 27-də keçiriləcək sonuncu turda qarşılaşacaqlar: Aleksandr Qrişuk – Fabiano Karuana, Levon Aronyan – Uesli So, Sergey Karyakin – Din Lijen, Vladimir Kramnik – Şəhriyar Məmmədyarov. Azərbaycan təmsilçisi turnirin qalibi olmaq üçün Kramniki mütləq yenməli, Karuana və Karyakinin məğlubiyyətlərinə ümid etməlidir. Xallar bərabər olduqda əlavə göstəricilərə – şəxsi görüşlər, qələbə sayı, Zonneborn-Berger əmsalına baxılacaq. Bunlarda da bərabərlik olarsa, martın 28-də tay-breyk keçiriləcək.

***21:11

Almaniyanın paytaxtı Berlindəki şahmat üzrə İddiaçılar Turnirində bu gün XIII turun görüşləri keçirilir.

“Report”un məlumatına görə, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov ağ fiqurlarla rusiyalı Aleksandr Qrişukla üz-üzə gəlib.

Görüş 39-cu dəqiqədə Məmmədyarovun qələbəsi ilə yekunlaşıb. Bununla da 33 yaşlı qrossmeyster turnirdə üçüncü qələbəsini qazanıb və xallarını 7,5-ə çatdırıb. Hazırda o, rusiyalı Sergey Karyakinlə 2-3-cü yerləri bölüşür. Karyakin bu tur qara fiqurlarla ABŞ təmsilçisi Uesli So ilə heç-heçə edib.

Turnir cədvəlinə isə yenidən ABŞ-ın digər təmsilçisi Fabiano Karuana başçılıq edir. Karuana ağ fiqurlarla ermənistanlı Levon Aronyanı yenərək, 8 xalla vahid liderə çevrilib.

Hazırda Din Lijen (Çin) – Vladimir Kramnik (Rusiya) görüşü davam edir.

Qeyd edək ki, Şəhriyar Məmmədyarov İddiaçılar Turnirində əvvəlki 2 qələbəsini də Rusiya təmsilçiləri – Sergey Karyakin və Vladimir Kramnik üzərində qazanıb.

mənbə :
Report.az

Sehriyar Memmedyarov İddiacilar Turnirinde ucuncu qelebesini qazanib – YENİLENİB