İçeriğe geçmek için "Enter"a basın

İlham Əliyev DTX ilə bağlı sərəncamlar imzaladı

26-03-2018

[r32]
2018-03-26T17:15 xeber – Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayb.
Sputnik Azərbaycan xəbər verir ki, dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıb ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib.
©
Sputnik / Murad Orujov DTX əməliyyat keçirdi: Xeyli silah-sursat aşkar edilib
Polkovnik Rəşad Firidun oğlu Həmzəyevə və polkovnik İmran Surxay oğlu Tağı-zadəyə general-mayor ali hərbi rütbəsi, ədliyyə polkovniki Həsən İsa oğlu Mansurova isə ədliyyə general-mayoru ali hərbi rütbəsi verilib.
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:  Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq  qərara alıram.
Azərbaycan Respublikasında milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə fərqləndiklərinə görə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin aşağıdakı hərbi qulluqçuları təltif edilsinlər:
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Əliyev Zaur Aydın oğlu — polkovnik
©
Sputnik / Murad Orujov DTX əməliyyat keçirdi, casus həbs edildi
Hacıyev Bəxtiyar Zabil oğlu — ədliyyə polkovniki
“Vətən uğrunda” medalı ilə
Ramazanov Rafiq Sultan oğlu — polkovnik
Hüseynov İlqar Yavər oğlu — polkovnik
Yaqubov Fəqan Vaqif oğlu — polkovnik-leytenant
Camalxanov Zaur Vəli oğlu — polkovnik-leytenant
Məmmədquliyev Əli Şüceyib oğlu — mayor
“İgidliyə görə” medalı ilə
©
Sputnik / Murad Orujov DTX-nın keçirdiyi antiterror əməliyyatının görüntüləri
Qasımov Məmməd Fərman oğlu — polkovnik-leytenant
Cavadov Hüseyn Yaqub oğlu — polkovnik-leytenant
Əzimov Əzim Yaqub oğlu — leytenant
“Hərbi xidmətlərə görə” medalı ilə
Abdulov İlqar Yaşar oğlu — polkovnik-leytenant
Bəşirov Coşqun Şərif oğlu — polkovnik-leytenant
Əliyev Samir Qadir oğlu — ədliyyə polkovnik-leytenantı
Paşayev Qənimət Əliheydər oğlu — mayor
Hacıyev Ramil Kamil oğlu — mayor
©
Sputnik / Anar MustafayevDTX-dan vətəndaşlara mühüm çağırış
Həşimov Mirələm Ağamir oğlu — mayor
Ələskərov Kazım Faiq oğlu — mayor
Zeynalov Vüsal Nayib oğlu — kapitan
Qəmbərli Kamal Müşviq oğlu — baş leytenant.
mənbə :
Sputnik

İlham Eliyev DTX ile bagli serencamlar imzaladi