İçeriğe geçmek için "Enter"a basın

Xarici Kəşfiyyat Xidmətinin rəisi təltif olundu

26-03-2018

[r32]
2018-03-26T16:57 xeber – Prezident İlham Əliyev Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sedyar oğlu Sultanovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
©
Foto: REPORTXarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov
Sputnik Azərbaycan xəbər verir ki, sərəncamda deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram.
Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsi və milli maraqlarının müdafiəsi sahəsində səmərəli fəaliyyətinə görə Orxan Sedyar oğlu Sultanov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin”.
mənbə :
Sputnik

Xarici Kesfiyyat Xidmetinin reisi teltif olundu