İçeriğe geçmek için "Enter"a basın

Hava xəbərdarlığı gəldi

26-03-2018

[r32]
2018-03-26T13:00 xeber – Martın 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, şimal küləyi  gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 6-8° isti, gündüz  13-18° isti, Bakıda gecə 6-8° isti, gündüz 15-17° isti  təşkil edəcək.
Atmosfer təzyiqi 767 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz  55-65 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən, yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz  ayrı-ayrı yerlərdə  arabir  güclənəcək.
Havanın temperaturu gecə  5-10° isti, gündüz  18-23° isti, dağlarda gecə  1-6° isti,  gündüz  13-18° isti təşkil edəcək.
Martın 27-si gündüz, 28-də qərb küləyinin  ayrı-ayrı yerlərdə arabir  güclənəcəyi  gözlənilir.
ETSN xəbərdarlıq edir ki, martın 27-si gündüz, 28-də qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi gözlənilir.
mənbə :
Sputnik

Hava xeberdarligi geldi