İçeriğe geçmek için "Enter"a basın

Polis Kemerovodakı yanğında itkin düşənlərdən 5-ni diri tapıb

26-03-2018

[r32]

26 Mart, 2018  12:12 xeber – Rusiya polisi Kemerovoda “Zimnyaya vişnya” (“Qış albalısı”) ticarət-əyləncə mərkəzində baş verən yanğında itkin düşmüş hesab edilən bir neçə nəfəri tapıb.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin region üzrə Baş İdarəsindən polisin operativ axtarış tədbirləri nəticəsində itkin düşdüyü elan edilən 64 vətəndaşdan beşini – 3 yetkinlik yaşına çatmayan qızı və 2 cavan oğlanın tapıldığı bildirilib.

Məlum olub ki, onlar faciə yerində olmayıblar.

Xatırladaq ki, Kemerovoda ticarət mərkəzində baş varən yanğında ölənlərin sayı 53-ə çatıb.

mənbə :
Report.az

Polis Kemerovodaki yanginda itkin dusenlerden 5-ni diri tapib